Ellərə gülən canım, el mənə gülən oldu.

If you laughs first, beware of it. Над чем посмеёшься, над тем и поплачешь. / Над другим посмеялся, над собой поплачешь. / Чему посмеёшься, того и сам берегись. / Ср. Не смейся, горох, не лучше бобов: размокнешь и сам лопнешь.
eləmi?
ellik zəmanət (hamının hər biri üçün və hər birinin hamı üçün zamin olması)
OBASTAN VİKİ
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını "Kralın Əmrində" kimi düşünsə də, dostlarının məsləhəti ilə onu "Gülən Adam" olaraq dəyişib. Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca "L'Homme qui rit" — " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. Quinpen — əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üçün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq ölmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Gülən hərəkatı məktəbləri
Gülən hərəkatı məktəbləri — türkiyəəsilli amerikalılar tərəfindən qurulan özəl və ya yarı özəl məktəblər şəbəkəsi. "Ortaq Dəyərlər İttifaqı" qeyri-kommersiya təşkilatının icraçı direktoru Alp Aslandoğan demişdir ki, bu məktəblər müstəqildir, lakin dolayısı ilə “intellektual və ya ilhamverici səviyyədə” islamçı Gülən hərəkatı ilə bağlıdır. 2009-cu ildə Gülən hərəkatının üzvlərinin bir çoxu tam təqaüdlü 2 milyondan çox tələbəyə xidmət edən məktəbləri idarə etdiyi təxmin edilirdi. Məktəblərin və təhsil müəssisələrinin sayı ilə bağlı təxminlər çox müxtəlif olmuşdur. Türkiyədə 300-ə yaxın məktəb və dünya üzrə 1,000-dən çox məktəb mövcud olmuşdur. 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən əvvəl Türkiyədə çoxlu Gülən məktəbi var idi. Daha sonra bütün məktəblər türkiyəli əhalinin çox olduğu ölkələrdəki digər Gülən məktəbləri kimi qanunla qadağan edilmişdir. Türkiyənin rəsmi müraciətinə baxmayaraq, ABŞ Güləni ekstradisiya etməmişdir. ABŞ-də əsasən aztəminatlı ailələrdən olan uşaqlara yalnız dünyəvi təhsil verən Gülən məktəbləri federal maliyyə dəstəyi alır. Məktəblərin kurikulumları ölkədən ölkəyə dəyişir.
AKP–Gülən hərəkatı qarşıdurması
AKP–Gülən hərəkatı qarşıdurması — AKP-nin idarə etdiyi Türkiyə hökuməti ilə Fətullah Gülənin Gülən hərəkatı arasında 2013-cü ildə başlamış siyasi qarşıdurma. İdeologiyada oxşarlıqlara malik olan AKP və Gülən hərəkatı uzun müddət müttəfiqliyi qoruyub saxlamışlar. Gülənçilər Türkiyənin sekulyar quruluşunun AKP-nin dini mühafizəkarlığına qarşı müqavimətini məhdudlaşdırmaq üçün məhkəmə təsirlərindən istifadə etmişdir. AKP hökuməti ilə Gülən hərəkatı arasında ənənəvi olaraq rahat münasibətlər 2013-cü ilin sonunda Gülənin hökumətin Gəzi parkı etirazlarına reaksiyasını və Gülən hərəkatının özəl məktəblərini bağlamaq siyasətini tənqid etməsindən sonra pisləşmişdir. Hökumətlə hərəkat arasındakı fikir ayrılığı münaqişəyə çevrilmişdir. O zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan Gülən hərəkatını hökumətin korrupsiya qalmaqalına səbəb olmaq üçün məhkəmə sistemi üzərindəki nüfuzundan istifadə edərək hökuməti devirməyə çalışmaqda ittiham etmişdir. Bu, hadisənin baş verdiyi tarixlərə görə 17-25 istintaqları kimi tanınır. Hökumət daha sonra Gülənə rəğbət bəsləyənləri vəzifələrindən təmizləmək üçün polis və məhkəmə qüvvələrinə genişmiqyaslı islahatlarla cavab vermişdir. Münaqişə AKP-yönlü şərhçilər tərəfindən çevriliş cəhdi və tənqidçilər tərəfindən məhkəmə müstəqilliyinin təmizlənməsi kimi qiymətləndirilmişdir. Hərəkatı "paralel quruluş" kimi qələmə verən və Güləni "silahlı terror qruplaşması" yaratmaqda günahlandıran hökumətin Gülən hərəkatının təsirini təmizləmək cəhdləri Türkiyə siyasətində əsas problemə çevrilmişdir.
El
El — türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular. Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü. Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır». Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var. Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər.
Olanlar oldu (mahnı)
Yaraşdın mənə (mahnı)
Yuxularını mənə danış
Yuxularını mənə danış (ing. Tell Me Your Dreams) — Sidni Şeldonun 1998-ci ildə yazdığı romandır.
Canım Hoca Mehmed Paşa
Canım Hoca Mehmed Paşa (XVII əsr) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi, Osmanlı kaptan-ı dəryası. Sicill-i Osmani IV cild, səh.
Canım qardaşım (film, 1973)
Diyalə (el)
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Dohuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dəhuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
EL TV
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı il tarixində "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
El-Gölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
El-Hierro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
El-Nino
Cənub tərəddüdü və El-Nino (isp. El Niño — oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña — qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.
El-Ninyo
Cənub tərəddüdü və El-Nino (isp. El Niño — oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña — qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.
El-Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
El (tanrı)
ʼĒl (həmçinin ' Il, Ugaritic ʾīl ; Phoenician ʾīl ; ivr. ‏אֵל‏‎ ʾēl ; süry. ܐܺܝܠ ʾīyl ; ərəb. إيل‎ ʾīl və ya إله ʾilāh ; akkad. 𒀭 dili ilə qohumluq ) "İlah" və ya " tanrı " mənasını verən və ya bir çox qədim Yaxın Şərq tanrılarından hər hansı birinə (xüsusi ad kimi) istinad edən şimal- qərb semit sözüdür. Daha nadir forma olan ' ila, köhnə akkad və amorit dillərində predikat formasını təmsil edir. Bu söz protosemit dilindən "tanrı" mənasını verən *ʔil-'den götürülüb. ' El" və ya ' Il " kimi tanınan xüsusi tanrılara qədim Kənan dininin ali tanrısı və Mesopotamiyanın Erkən Dynastika Dövründə Şərqi Semit dillərində danışanların ali tanrısı daxildir. ʼĒl sözünün qohum formalarına bütün semit dillərində rast gəlinir. Bunlara uqaritik ʾilu daxildir , Cəm forma ʾlm ; Finikiyalı ʾl cəm forma ʾlm ; İbranicə ʾēl , cəm forma ʾēlîm ; arami ʾl ; Akkad ilu , Cəm forma ilānu .
El Anatsui
El Anaçyu (ing. El Anatsui 1944, Qana) — alüminium örtüklər, qutular və metal əşyaları ilə tanınan müasir Afrika rəssamı. Anaçyu 1960 və 1970-ci illərdə müstəqillik qazandıqdan sonra Qərbi Afrikada bədii hərəkatların bərpası əsnasında özünü bir rəssam elan etdi. O, yenilikçi olmaqla beynəlxalq səviyyədə tanınmışdır. Anaçyu işinin əsas mövzusu xarici qüvvələrin güclü təsirindən ötəri Afrika mədəniyyətindəki dəyişiklikdir. Onun gözəl və kompleks əsərləri daha müasir təsirlərlə Afrika sənətinin ziddiyyətli tarixinin orijinal sintezini əks etdirir. Qana və Nigeriyanın estetik ənənələrinə əsasən əsərlər Qərbi Afrikanın mədəni, sosial və iqtisadi tarixini daşıyır. Anaçyu yaradıcılıq karyerası boyunca ağac, keramika və boya daxil olmaqla, müxtəlif materialları sınaqdan keçirmişdir. Sonradan o metal obyektlərə, yüzlərlə və ya hətta minlərlə sənayenin təsirli bir sənət əsəri yaratmaq üçün materialları bir araya gətirdi. Anaçyu 1944-cü ildə Qanada anadan olub, 1965-ci ildən 1969-cu ilədək Elm və Texnologiya Universiteti, Kvame Nkrumah adına İncəsənət Kollecində təhsil almışdır.
El Anaçyu
El Anaçyu (ing. El Anatsui 1944, Qana) — alüminium örtüklər, qutular və metal əşyaları ilə tanınan müasir Afrika rəssamı. Anaçyu 1960 və 1970-ci illərdə müstəqillik qazandıqdan sonra Qərbi Afrikada bədii hərəkatların bərpası əsnasında özünü bir rəssam elan etdi. O, yenilikçi olmaqla beynəlxalq səviyyədə tanınmışdır. Anaçyu işinin əsas mövzusu xarici qüvvələrin güclü təsirindən ötəri Afrika mədəniyyətindəki dəyişiklikdir. Onun gözəl və kompleks əsərləri daha müasir təsirlərlə Afrika sənətinin ziddiyyətli tarixinin orijinal sintezini əks etdirir. Qana və Nigeriyanın estetik ənənələrinə əsasən əsərlər Qərbi Afrikanın mədəni, sosial və iqtisadi tarixini daşıyır. Anaçyu yaradıcılıq karyerası boyunca ağac, keramika və boya daxil olmaqla, müxtəlif materialları sınaqdan keçirmişdir. Sonradan o metal obyektlərə, yüzlərlə və ya hətta minlərlə sənayenin təsirli bir sənət əsəri yaratmaq üçün materialları bir araya gətirdi. Anaçyu 1944-cü ildə Qanada anadan olub, 1965-ci ildən 1969-cu ilədək Elm və Texnologiya Universiteti, Kvame Nkrumah adına İncəsənət Kollecində təhsil almışdır.
El Arslan
El-Arslan Xarəzmşah və ya Əbül-Fəth El- Arslan (XII əsr – 7 mart 1172, Köhnə Ürgənc) — 4-cü Xarəzmşah hökmdarı, Xarəzmşah Atsızın oğlu Hələ atasının sağlığında vəliəhd seçilən Əbül-Fəth El- Arslan, onun ölümündən sonra Xarəzmə qayıdaraq işləri tənzimləmiş və taxt tac uğrunda mübarizəyə başlamışdır. Belə ki, qardaşının atabəyi olan Oğul bəyin rəhbərliyi altında bir qrup müxaliflər Atsızın ölümü ilə taxta onun oğlu Süleyman şahı gətirmək istəyirdilər. Xarəzmə gəldikdən sonra El-Arslanın ilk işi qardaşı Süleyman şahı həbs etdirib, atabəy Oğul bəyi və tərəfdarlarını öldürtmək olmuşdur. Daha sonra əmiləri İnal Tigin və Yusifi, qardaşları Xitay Xan və Süleyman şahı da öldürərək 22 avqust 1156-cı ildə Xarəzm taxtına çıxmışdır. Həyat yoldaşı Məlikə Türkan Xatun da dövlətin idarə etməsində mühüm rol oynamış və El-Arslanın vəfatında sonra kiçik oğlu Sultan şahı taxta çıxartmışdır. Bu da böyük oğlu Əlaəddin Təkiş ilə hakimiyyət uğrunda çəkişmələrə səbəb olmuşdur. Atsız, əmisi Atsızdan sonra vəliəhd olaraq səltənət məqamına keçdi, ancaq Atsızın oğulları və səltənətdən haqq iddia edə biləcək rəqibləri səltənət mövqeyini təhdid edən vəziyyətdə idi. Bu təhlükələri ortadan qaldırmaq üçün əmisini və qardaşlarını öldürərək bütün rəqiblərini aradan qaldırdı. El Arslanın hakimiyyəti Böyük Səlcuq Dövlətinin hökmdarı Sultanı Səncər tərəfindən də tanındı. Çünki Səlcuq Dövləti çətin zamanlar keçirir, Səncər artıq Xarəzm bölgəsini nəzarəti altında saxlaya bilmirdi.